Çindən təxliyə olunan Tural Cəfərov Uhanda üzləşdikləri vəziyyətdən danışdı
15-02-2020 [14:09]
“Uhanda tanıdığım 20-dək Azərbaycan vətəndaşı yaşayıb, hazırda isə şəhərdə vətəndaşlarımızdan qalan yoxdur”.
Bunu APA-nın yerli bürosuna açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan buraxılan 6 Azərbaycan vətəndaşından biri Tural Cəfərov deyib.
İlk dəfə dekabrın 30-da Çin mətbuatından Uhanda belə bir xəstəliyin yayılması haqda xəbər aldığını deyən Tural Cəfərov iki həftə sonra virusun Çin sərhədlərindən kənarda da aşkar olunması barədə oxuyub: "Dekabrın 31-də Yeni illə əlaqədar xaricdən gələn turistlərlə bağlı insanların toplu halda olduğu yerlərə getməmələri haqqında mediada müraciətlər yayıldı. Əhaliyə virusun yayıla bilmə ehtimalına görə evdən kənara çıxmaması tövsiyə olunurdu. 2 həftə sonra isə belə xəbərlər çox yayıldı. Bizim azərbaycanlılardan bəziləri gedə bildi, bəziləri qaldı".
T. Cəfərov deyib ki, kifayət qədər böyük, 11 milyonluq əhalisi olan Uhan şəhəri qapalı elan olunsa da, şəhərin içində hərəkət olub: "Yanvarın 23-ü səhər saat 10-dan şəhərdə karantin elan olundu. Yanvarın 24-də artıq Çindəki səfirliyimiz bizimlə əlaqə saxladı, təxliyə olunacağımız barədə məlumat verdi. Yanvarın 31-dək karantində qaldıq. Amma kampusumuz bağlı deyildi, kənara çıxıb ehtiyacımız olan ərzaqları alırdıq. “Uhan boşalıb, küçələr boş qalıb” kimi deyilən fikirlər doğru deyil. Mən orda olanda hərəkətimizə heç bir məhdudiyyət yox idi. Yalnız 3 gün öncə eşitdim ki, universitetimizin kampusu tamamilə bağlanıb".
Fevralın 1-də Ankaraya təxliyə edildiklərini deyən Tural Cəfərov təyyarədə də tibbi personalın nəzarətində olduqlarını bildirib: "Xəstəxanada olduğumuz 14 gün ərzində də tibbi personal və Azərbaycanın Türkiyədəki səfirliyi yetərincə qayğımıza qaldılar, bütün ehtiyaclarımız qarşılandı. Çox doğma münasibət gördük. Digər vətəndaşlarımız adından da həm Azərbaycan, həm Türkiyə, həm də Çin hökumətinə təşəkkürümüzü bildirirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi