Zakir Həsənov ordu generallarını topladı, yeni tapşırıqlar verildi - Məhərrəm Əliyev müşavirədə + FOTOLAR
15-02-2020 [12:49]
Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazilriyindən Mia.az-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışan general-polkovnik M.Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrası, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkənin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun isə beynəlxalq aləmdə nüfuzunun artması, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.
Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.
Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.
Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi