Əli İnsanov xalqı Cəmil Həsənliyə səs verməyə çağırdı

img

20-09-2013 [17:45]


Həbs cəzası çəkən keçmiş səhiyyə naziri Əli İnsanov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan edib.

"9 oktyabr prezident seçkilərində Milli Şuranın irəli sürdüyü namizəd professor Cəmil Həsənlini dəstəkləməyə çağırıram. Mən onu 1990-cı ildən tanıyıram. O, təkcə Milli Şuranın deyil, Əliyev rejimindən narazı olan bütün xalqın namizədidir. Buna görə Azərbaycan xalqını Cəmil Həsənliyə səs verməyə çağırıram”, - deyə İnsanovun vəkili Toğrul Babayev vasitəsilə Turan-a təqdim etdiyi bəyanatında bildirilir.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan iqtisadi cinayətlərə görə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan məhkəmələrinin İnsanovun hüquqlarını pozması haqqında qərarı qüvvəyə minib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA