Azərbaycanda strateji xəritələr hazırlanacaq
14-02-2020 [11:47]
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunda olub.
AMEA-dan Mia.az-a verilən məlumata görə, məqsəd institutun direktoru, akademik Ramiz Məmmədov və coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov tərəfindən tərtib edilmiş Azərbaycanın ekoloji risklər xəritəsinə baxış keçirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaq olub.
Qonaqlarla görüş zamanı akademik Ramiz Məmmədov vəsaitin tərtibində şəxsi müşahidələrlə yanaşı, müəssisənin bugünədək hazırladığı mövcud xəritələrdən də geniş istifadə olunduğunu bildirib. Qeyd edib ki, insan fəaliyyətinin inkişafı, yeni texnologiyaların yaranması və texnogen hadisələrin artması risklərin də sayını çoxaldır və nəticədə xəritədə mütəmadi dəyişikliklər edilməlidir.
Sonra M.İsmayılov təqdimatla çıxış edərək problemin aktuallığını təyin edən səbəblər, insan həyatı üçün təhlükə törədən texnogen amillər, təbii fəlakətlərin yayılmasının qanunauyğunluqları, Azərbaycanda ekoloji risklərin qiymətləndirilməsi və xəritələşdirilməsi barədə danışıb.
F.Əliyev Coğrafiya İnstitutunun alimlərinin əməyini yüksək qiymətləndirib və iki müəssisənin əməkdaşlarının ölkə üçün strateji əhəmiyyət kəsb edən iri miqyaslı xəritələrin hazırlanmasında birgə əməkdaşlığının böyük səmərə verəcəyini qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi