Milli Məclisin ilk iclasının gündəliyi bəlli oldu: yeni sədr və müavinləri seçiləcək - Oqtay Əsədovu nə gözləyir?

img

13-02-2020 [14:09]


VI çağırış Mili Məclisin ilk iclasının gündəliyində müzakirə ediləcək məsələlər məlum olub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Qeyd edək ki, VI çağırış Milli Məclisin ilk iclasının mart ayının əvvəlində keçiriləcəyi gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA