Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi cərimə edilib
13-02-2020 [11:00]
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi vəkil Bəhruz Bayramova görə 1000 manat cərimə edilib.
“Report” xəbər verir ki, buna səbəb vəkilin sərxoş halda maşın sürdüyünə görə saxlanması haqda məlumatın, sərxoşluq müayinəsindən keçirildiyi görüntülərin saytlarda, telekanallarda yayılmasıdır.
Bu barədə fevralın 12-də, Bakı Apelyasiya Məhkəməsində qərar çıxarılıb.
Rauf Talışinskinin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, Yol Polisi İdarəsi bu məlumatları yaymaqla vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.
B.Bayramovun iddiası qismən təmin olunub. O, 300 min manat təzminat, həmin məlumatları yaymış media orqanlarında təkzib verilməsi və Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ondan üzr istəməsini tələb edirdi. Təzminat hissəsində iddiası qismən təmin olunsa da, üzr və təkzib hissəsində iddia rədd edilib. Ona görə də B.Bayramov deyir ki, qərar onu qane etmir, qərardan Ali Məhkəməyə şikayət edəcək.
B.Bayramov məhkəməyə iddiasında da göstərib ki, restoranda ailə üzvlərindən birinin ad gününü qeyd ediblər. Az miqdarda spirtli içki qəbul etdiyinə görə restorandan çıxanda “Ayıq sürücü” xidmətindən sürücü çağırıb. Sürücü gəlib onun avtomobilini idarə edib, onu və yaxınlarını evə aparıb:
“Sürücü bizi ünvana çatdırıb gedəndə maşın məhəlləarası küçədə dayanmışdı. Evimə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda yol polisinin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Ona bildirdim ki, “ayıq sürücü” ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda, mətbuat orqanlarında biabır edəcəklər”.
Vəkil “Azadlıq” radiosuna bildirib ki, onu sərxoşluq müayinəsindən keçmək üçün tibbi məntəqəyə gətirib, orada videoya çəkiblər. Daha sonra həmin görüntülər müxtəlif telekanal və saytlarda “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanıb.
“Videogörüntüləri hissə-hissə montaj edib, çəkilişləri yaymaqda məqsəd məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq olub”, - vəkil belə hesab edir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov isə bu məsələni şərh edərkən bildirib ki, vəkil B.Bayramov Yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır.
B.Bayramovun sərxoş halda avtomobil idarə etməyə görə cəzalandırılması üçün Bakı Şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb. Sonda inzibati xəta ilə bağlı işə xitam verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi