İsgəndər Cavadovun oğlu öldü - ağır itki

img

20-09-2013 [10:56]



Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib. 

Lənkəranda ezamiyyətdə olan S. Cavadov bu səhər yuxudan oyanmayıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi güman edilir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: "Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı. /Apasport.az/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA