Həkimlərə kurs keçiriləcək!

img

20-09-2013 [10:49]


Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə başlanılır.

Akademiyanın professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün neonatologiya, endokrinologiya və pulmonologiya ixtisasları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda elmi-praktiki kurslar keçiriləcək.

Kurslarda Səhiyyə Nazirliyinin tabeçiliyində olan respublika üzrə dövlət xəstəxanalarında yuxarıda qeyd olunan ixtisaslar üzrə işləyən 45 yaşınadək və rus dilini bilən mütəxəssislər iştirak edə bilərlər.

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kadrların şəxsi uçot vərəqəsi

- tibb universitetinin diplomunun sürəti

- internatura haqqında şəhadətnamənin sürəti

- əmək kitabçasının sürəti

- sertifikasiya şəhadətnamənin sürəti (əgər keçibsə)

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda keçmiş təkmilləşdirmə kurslarının şəhadətnamənin sürəti

Sənədlər 1 oktyabr tarixinədək saat 10:00-dan-16:00-dək Səhiyyə Nazirliyində (245246 nömrəli otaq) qəbul edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA