MSK İTV-dəki "butulka" davası ilə bağlı açıqlama verdi

img

20-09-2013 [10:23]


İctimai Televiziyanın prezidentliyə namizədlər üçün təşkil etdiyi debatdakı qalmaqala MSK münasibət bildirib. 

Mia.az xəbər verir ki, yaşanan qalmaqalla bağlı Mərkəzi Seçki Komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev AzVision.az-a danışıb: 

"Bu məsələyə MSK-da baxılacaq. İndi iş günü yeni başlayıb. Amma MSK tərəfindən bu məsələyə baxılacaq”.

Xatırladaq ki, dünən İctimai Televiziyada prezidentliyə namizədlərin ikinci teledebatında qalmaqal yaşandı. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın n namizədi Cəmil Həsənli arasında söz savaşı "butulka” savaşına çevrildi. Və onlar debatı tərk eləmək məcburiyyətində qaldılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA