"Bakıda bu yaxınlarda mərkəzi rayon yaradılacaq" - Eldar Əzizov 

img

12-02-2020 [11:55]


"Prezidentin tapşırığı ilə bu yaxınlarda Bakıda mərkəzi rayonun yaradılması nəzərdə tutulur".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək: "Bu binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid  standartlara gətirib çıxarmaq üçün maraqlı şərait yaradılır. Bu yaxınlarda artıq qərar veriləcək".

E.Əzizov deyib ki, paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır, nəinki yeni binalar, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvələrində neftin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən tarixi binaların bərpası aparılır: "Bu proses göz qabağındadır. Mövcud olan bu cür problemlər mərkəzi rayonun yaradılması ilə aradan qalxacaq".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA