Prezidentin köməkçisi: "DTİBH-nin rəyində seçkilərin nəticələri şübhə altına alınmayıb"
11-02-2020 [20:03]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərini izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı Azərtac-ın suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Hikmət müəllim, fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkiləri izləmiş xarici müşahidəçilərin açıqladığı rəyləri necə qiymətləndirirsiniz?
-Əvvəla, qeyd etmək istərdim ki, növbədənkənar parlament seçkiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar siyasətinin tərkib hissəsidir və Azərbaycan xalqı seçkilərdə bir daha öz iradəsini ifadə etdi.
Düşünürəm ki, təkcə elə 1300-dən çox namizədin qeydə alınması faktı həm Azərbaycan cəmiyyətində seçkilərə böyük marağın və ən əsası, inamın olmasının, həm də onun rəqabətli şəraitdə keçməsinin bariz nümunəsidir. Cənab Prezidentin dediyi kimi, “əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar”.
Azərbaycan hökuməti yenə də xoş niyyət nümayiş etdirərək parlament seçkilərini müşahidə etmək üçün qonşu dövlətlərdən tutmuş Latın Amerikasına qədər müxtəlif ölkələrə və Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlara dəvət ünvanlamışdı. Fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul etdiklərinə görə onların hamısına öz təşəkkürümüzü bildiririk. Sevindirici haldır ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyini vurğulayıblar.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə dair mövqeyi ilə bağlı nə düşünürsünüz?
-Biz ATƏT/DTİHB-nin rəyi ilə də yaxından tanış olduq. Hesab edirəm ki, budəfəki dəyərləndirmədə konseptual bir fərq aydın surətdə sezilir. DTİBH-nin rəyi məzmunca siyasi bəyanat xarakteri daşımır və əsas vurğu prosedur-təşkilati məsələlərə yönəldilir. Yəni, çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəri məhz prosedur-təşkilati səciyyəlidir. Onlar lokal xarakter daşıyır və ümumi nəticələrə şamil olunmur. Xüsusi olaraq vurğulamaq istərdim ki, bəzi müxalifət nümayəndələrinin iddia etdiyi kimi, DTİBH-nin rəyində parlament seçkilərinin nəticələrinin şübhə altına alınması məsələsi yoxdur.
Məlum olduğu kimi, seçkidən dərhal sonra Mərkəzi Seçki Komissiyası iddia edilən bütün pozuntuların, o cümlədən videogörüntülərin ciddi şəkildə araşdırılacağını bildirmişdi.
Biz hər bir seçkini əvvəlki ilə müqayisədə tərəqqi, eyni zamanda, çatışmazlıqların aradan qaldırılması imkanı kimi görürük. Bu mənada, beynəlxalq öhdəliklərimizə uyğun olaraq beynəlxalq təşkilatlarla konstruktiv əsasda əməkdaşlığa həmişə hazırıq və DTİHB da daxil olmaqla, seçkiləri müşahidə etmiş bütün təşkilatların müvafiq təklif və tövsiyələri diqqətlə təhlil olunacaq.
Son olaraq vurğulamaq istərdim ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan xalqı seçkilər vasitəsilə qanunvericilik hakimiyyəti ilə bağlı öz münasibətini açıqlayıb. Azərbaycan hakimiyyəti də öz növbəsində, demokratik, azad, şəffaf seçki keçirməklə bağlı siyasi iradəsini bir daha ortaya qoymuş oldu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi