İki partiya və bəzi namizədlər Bakının mərkəzində mitinq qərarı verdi - Eldar Əzizova müraciət olundu + SƏNƏD

img

11-02-2020 [17:28]


Müxalif partiyalar və bəzi müstəqil namizədlər fevralın 9-da keçirilmiş parlament seçkilərinə etiraz etmək üçün mitinqə hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında məlumat verib.

Bildirib ki, Müsavat, Real partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Məktubda fevralın 16-ı saat 15.00-dan 17.00-dək metronun 28 May stansiyasının qarşısında mitinq keçirmək üçün icazə verilməsi istənilib.

O, həmin müraciətin süərtini də paylaşıb:

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA