Dissertanturaya keçid balı aşağı salına bilər - AMEA-dan açıqlama
11-02-2020 [16:31]
"Dissertantura səviyyəsi üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr bizi o qədər də qane etmədi".
Bunu Azərbaycan AMEA-nın akademik-katibi Əminağa Sadıqov deyib.
O bildirib ki, AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib:
"Lakin namizədlərin təxminən yarısı müvafiq keçid balını toplamadıqlarından imtahandan keçməyib. Hazırda akademiya və nazirlik imtahanların nəticələrini təhlil edir. Zərurət olsa, keçid balının aşağı salınması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) də müraciət edilə bilər".
Əminağa Sadıqov qeyd edib ki, yeni qəbul qaydalarının bu il ilk dəfə tətbiq olunmasında xarici dillə bağlı namizədlərin müəyyən çətinlikləri olub:
"Düzdür, DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb. Yəni, imtahanlara uzun müddət qalmış proqramlar və test sualları hazırlanmışdı".
Akademiya rəsmisi xatırladıb ki, doktorantura qəbul üçün bir neçə ildir xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur: "Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir. Ona görə də doktoranturaya qəbulda vəziyyət yaxşıdır. Amma dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib".
Qəbul imtahanı ilə dissertantlar üçün müəyyən güzəştlərin edilə və bununla bağlı vəsatət qaldıra biləcəyinə diqqət çəkən akademik-katib əlavə edib ki, onsuzda onları təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan vermələri gözləyir: "Təbii ki, həmin vaxt hansısa güzəştən söhbət gedə bilməz. Bu il AMEA-nındoktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb. Lakin namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) doktorantura və dissertantura səviyyəsi üzrə artıq qəbul prosesi başlayıb. Bu il ilk dəfə olaraq doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi