İctimai Televiziyada qarşıdurma: Hafiz Hacıyev Cəmil Həsənliyə butulka atdı

img

19-09-2013 [20:28]


Prezidentliyə namizədlərin bu gün İctimai Televiziyada kecirilən teledebatında qarşıdurma baş verib. MMP sədri Hafiz Hacıyev Milli Şuranın namizədi Cəmil Həsənlinin ailəsi haqda təhqiramiz fikirlər işlədib. Bu isə tərəflər arasında qarşıdurma yaradıb.

Cəmil Həsənli çıxış edərkən Hafiz Hacıyev müdaxilə edib və əlindəki su butulkasını Cəmil Həsənliyə tərəf atıb. Bundan sonra Hafiz Hacıyev zaldan çıxarılıb.

C. Həsənli isə itirilmiş vaxtının bərpa olunmasını tələb edib. Namizədin tələbi nəzərə alınmayıb və C. Həsənli studiyanı tərk edib.

Mia.az xəbər verir ki, qarşıdurmada Cəmil Əliyevin hakimiyyətin və hakim partiyanın prezidentliyə namizədi İlham Əliyev haqda işlətdiyi bəzi fikirlər əsas rol oyanyıb və qeyd edilən vəziyyət yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA