Fırıldaq qurbanları Bakıda - Prezident Administrasiyası qarşısında yenə aksiya keçirdi - foto

img

19-09-2013 [18:41]


"GEN" MMC tikinti şirkətinin aldatdığı vətəndaşlar bu gün paytaxtda növbəti etiraz aksiyası keçirib. 

"Musavat.com"un məlumatına görə, Prezident Administrasiyası qarşısına toplaşan yüzə yaxın vətəndaş yeddi il ərzində evlərini ala bilmədiklərini vurğulayıblar. 

Bütün ümidlərini itirmiş və çıxış yolunu yalnız dövlət başçısı ilə görüşdə görən etirazçılar administrasiyaya buraxılmayb.

Yaxınlıqdakı parka sıxışdırılan aksiyaçılar qeyd ediblər ki, 7 ildir "GEN” MMC düyünü həllini tapmır və artıq gedəcək ünvan qalmayıb. Aksiya 1 saat davam edib və polis müdaxiləsi ilə yekunlaşıb.

Şikayətçilərə qəbul şöbəsindən bildirilib ki, problemlərini Bakı Şəhər İcra Hakimiyyətinə bildirsinlər. Ancaq bu qurumda da onların dərdini dinləyən olmayıb. Vətəndaşlar davamlı aksiyalar keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, "GEN” MMC işinə görə 377 vətəndaş aldanıb və onların pulu mənimsənilib. Şirkət rəhbəri həbsdə olsa da, sakinlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA