"Konkret təkliflər ortaya qoyulub" - Rəsmi Moskvadan Qarabağla bağlı mesaj
11-02-2020 [12:16]
“Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həlli gecikmiş münaqişənin nizamlanmasında tərəflərə köməklik göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır.
"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib mərhələ 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi oldu, hansı ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs olunur. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında da həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb: "Ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir".
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi