Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini də qəbul edib - Müzakirə

img

10-02-2020 [21:08]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulanıb, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkəmizdə keçirilən parlament seçkilərinin Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu qeyd edildi, Azərbaycan dövləti tərəfindən bu seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA