6 qalmaqallı seçki dairəsi üzrə qalib deputatların adları bəlli oldu - MSK açıqladı + SİYAHI

img

10-02-2020 [14:37]


Milli Məclisə seçkilərlə əlaqədar lider namizədlər müəyyənləşməmiş 6 seçki dairəsində də lider namizədlər müəyyənləşib.

Mia.az  MSK-ya istinadən bildirir ki, ilkin nəticələrə əsasən, həmin 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır:

35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 %

42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 %

44 saylı Sumqayıt-Xızı Seçki dairəsi - Müşfiq Məmmədli (YAP) – 45,8 %

77 saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov (YAP) – 57,6 %

123 saylı Kəlbəcər Seçki Dairəsi -  Aqil Məmmədov (YAP) – 71,7 %

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov (YAP) – 40,3 %

Bununla da Milli Məclisə seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə lider namizədlər məlum olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA