Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə, Rauf Arifoğlu, Fəzail Ağamalı... - Onların dairəsində nəticələr ləğv olunacaq?
10-02-2020 [13:05]
Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar yeddi seçki dairəsində ciddi araşdırma aparacaq.
MSK sədri Məzahir Pənahov bildirib ki, 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki dairələrindən çox ciddi müraciətlər daxil olub.
“Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”, - deyə MSK sədri bildirib.
Qeyd edək ki, yuxarıda qeyd olunan dairələrdən 6-da MSK ilkin nəticələrə əsasən lider namizədi elan edib. 33 saylı Xətai Birinci Seçki Dairəsində YAP-ın namizədi Hüseynbala Mirələmovun lider namizəd olduğu açıqlanıb. H. Mirələmovun əsas rəqibləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı və D-18 Hərəkatının sədri Ruslan İzzətli olub. Həm “exit-poll”un nəticələrinə əsasən, həm də MSK tərəfindən H. Mirələmov lider namizəd elan olunsa da, M. Pənahov çoxlu sayda ciddi müraciətlər daxil olduğundan bu dairədə də araşdırma aparılacağını deyib.
Yuxarıda qeyd olunan dairələr arasında yalnız 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin lider namizədi müəyyənləşməyib. M. Pənahovun sözlərinə görə, bu dairədən də çoxlu sayda ciddi müraciət daxil olub və bu müraciətlər araşdırılacaq. Bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedib. “Exit-poll”un nəticələrinə görə isə Rauf Arifoğlu bu dairədə lider namizəd elan olunub.
Araşdırma aparılacaq dairələr arasında olan 60 saylı Salyan-Neftçala Seçki Dairəsində təşviqat müddətində gedən rəqabət diqqətlə izlənilib. Burada əsas yarış Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Qarabağ qazisi Kamil Musəvi arasında olub.
Həm MSK-nın açıqladığı ilkin nəticələrdə, həm də “exit-poll”un nəticələrində Fəzail Ağamalı lider namizəd elan edilib.
74 saylı Lənkəran Kənd Seçki Dairəsi üzrə MSK-nın açıqladığı ilkin nəticələrdə YAP-ın namizədi Hadi Rəcəbli favorit namizəddir. “Exit-poll”un nəticələrinə əsasən də H. Rəcəblinin lider namizəd olduğu açıqlanıb. Bununla belə, MSK sədri ciddi müraciətlər daxil olduğundan araşdırma aparılacağını deyib.
79 saylı İmişli Seçki Dairəsində isə maraqlı vəziyyət müşahidə olunur. Belə ki, “exit-poll”un nəticələrinə görə bu dairədə bitərəf Razi Nurullayev lider namizəd elan olunub. MSK-nın açıqladığı ilkin nəticələrdə isə bu dairədə digər bitərəf Murad Fərzəliyevin lider namizəd olduğu açıqlanıb.
MSK sədri 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən də ciddi müraciətlərin daxil olduğunu və araşdırma aparılacağını deyib. Bu dairədə Çingiz Qənizadə MSK-nın açıqladığı ilkin nəticələrdə lider namizəddir. “Exit-poll”un nəticələrində də Çingiz Qənizadənin lider namizəd olduğu açıqlanıb. Həmin dairədə əsas mübarizə Çingiz Qənizadə, keçmiş deputat Xanhüseyn Kazımlının qızı, Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova, yazar Kəramət Nəcəfov (Kəramət Böyükçöl) arasında gedib.
Çoxlu sayda müraciətin daxil olduğu sonuncu dairə 81 saylı Beyləqan Seçki Dairəsidir. Həm MSK-nın açıqladığı ilkin nəticələrdə, həm də “exit-poll”un nəticələrində YAP-ın namizədi Şahin İsmayılov lider namizəddir. Lakin MSK sədrinin sözlərindən aydın olur ki, buradan da çoxlu sayda ciddi müraciət var və bu müraciətlərlə bağlı araşdırma aparılmasına zərurət yaranıb.
MSK sədrinin açıqlamalarından, eləcə də təşviqat müddətində müşahidə olunan proseslərdən belə qənaət hasil olur ki, bu dairələrlə bağlı ciddi araşdırma aparılacaq. Araşdırmalar nəticəsində dairələrdən bəzilərində seçkilərinin nəticələrinin ləğv olunacağı da gözləniləndir/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi