"ATƏT missiyasının hesabatı bu seçkilərin ən vacib və ciddi təhlili olacaq” - Britaniya səfirliyi

img

09-02-2020 [13:54]


“Böyük Britaniya səfirliyinin nümayəndələri bu gün Azərbaycanda keçirilən parlament seçkilərində rəsmi müşahidəçi qismində bir sıra seçki məntəqələrinə baş çəkirlər”.

Bbunu Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini Filip Barklay deyib.

“Seçkilər azad və uğurlu ölkə üçün çox vacibdir. Bütün seçkilər şəffaf, əhatəli olmalıdır və namizədlərə post uğrunda mübarizə aparmaq üçün ədalətli fürsətlər təmin etməlidir. Bu gün məntəqlərdə gördüklərimizi şərh etməyəcəyik, çünki ATƏT missiyasının hesabatı bu seçkilərin ən vacib və ciddi təhlili olacaq”, - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA