Milli Şura Pərviz Həşimli ilə bağlı bəyanat verdi

img

19-09-2013 [13:54]


Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 17də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan jurnalist, hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli barəsində Səbail rayon məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsini qətiyyətlə pisləyir. 

Milli Şura hesab edir ki, Pərviz Həşimlinin seçki kampaniyası dövründə həbsi təsadüfi deyil və siyasi sifariş kimi qiymətləndirilməlidir. Seçki ərəfəsində hakimiyyətin həyata keçirdiyi bu həbs əslində, cəmiyyətdə qorxu hissini gücləndirməyə xidmət edir. Iqtidar ictimai-siyasi fəalları, jurnalistləri qeyri-qanuni həbsə atmaqla artan siyasi fəallığın qarşısını almağa çalışır.

Milli Şura Pərviz Həşimlinin dərhal azadlğa buraxılmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla xalqın artan narazılığnın qarşısını almağa nail olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA