Tikinti şirkəti Bakıda etiraza səbəb oldu - 4 qurum rəhbərinə şikayət + VİDEO
08-02-2020 [17:43]
Bakıda bir qrup sakin yaşadıqları binanın qarşısında elektrik yarımstansiyasının tikintisinə etiraz edir.
“Report” xəbər verir ki, onlar bununla bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.
Bakı şəhər Xətai rayonu, Natiq Əliyev küçəsi 3 E ünvanında yaşayan şikayətçilər ərizələrində bildiriblər ki, binaları 2 girişli və 135 mənzillidir.
Onlar “Baku Lüks Tikinti” MMC tərəfindən 2017-ci ildə pilot layihə kimi Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən 2 mərtəbəli, 42 mənzilli evin sökülərək yerində 2 girişli 16 mərtəbəli binanın inşa edildiyini diqqətə çatdırıblar.
Sakinlər qeyd ediblər ki, yaşadıqları ərazidə kifayət qədər sərbəst sahələri olsa da, baş plana əməl etmədən Dövlət Şəhərsalma norma və qaydaların 9.13 bəndini kobud sürətdə pozaraq onların binalarının qabağında 5 metrlik məsafədə elektrik yarımstansiyası tikməyə başlanılıb:
“Halbuki həmin qaydaların müvafiq bəndində göstərilir ki, ayrıca duran paylayıcı və hər birinin gücü 10 kubmetr kV.A-da qədər və sayı 2-dən çox olmayan transformatorlardan ibarət 6-20 kV gərginlikli transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış və ictimai binaların pəncərələrinə qədər məsafə 10 metrdən, müalicə-profilaktika müəssisələrinə qədər isə 15 metrdən az qəbul edilməməlidir”.
“Cinayət Məcəlləsinin 222.1-ci maddəsində göstərilib ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması cinayət əməlidir və həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - ərizədə bildirilir.

Sakinlər onların həyatı üçün təhlükənin yarandığını vurğulayıblar: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, tikinti şirkətinin rəhbərliyi bizim müraciətlərimizə əhəmiyyət verməyib”.
Binanın sakinləri qanunsuz hərəkətlərin qarşısının alınması, əhalinin sağlamlığına təhlükə yaradan işlərin dayandırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini barədə aidiyyatı qurumların göstəriş vermələrini xahiş edirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi