PARLAMENT SEÇKİLƏRİ: 125 yerə qarşı neçə namizəd mübarizə aparır?

img

08-02-2020 [15:29]


“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

Mia.az xəbər verir ki, bu məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA