"Böyük şərəf və xoşbəxtlik duydum” - Çavuşoğlu İlham Əliyev tərəfindən təltif olunmasından yazdı + FOTO

img

08-02-2020 [12:27]


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən təltif olunmasına görə təşəkkür edib.

Mia.az xəbər verir ki, Çavuşoğlu dövlət başçısı ilə birgə çəkilmiş fotosunu paylaşaraq, belə yazıb:

“Cənab Prezident İlham Əliyevin əllərindən “Dostluq” ordeni almaqdan böyük şərəf və xoşbəxtlik duydum”.

Xatırladaq ki, İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə  “Dostluq” ordeni ilə təltif edib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA