ALP Pərviz Haşiminin dərhal azad olunmasını tələb etdi

img

19-09-2013 [13:11]


Azərbaycan Liberal Partiyasının bəyanat verib. Bəyanatda deyilir: "Bu günlərdə "Bizim yol” qəzetinin əmkdaşı Pərviz Haşımlı Azərbaycan Mili Təhlükəsizlik Nazirliyin əməkdaşları tərəfindən "odlu silah saxlama” ittihamı ilə həbs edilib. Azərbaycan Liberal Partiyası hesab edir ki, P.Haşımlının "cinayət işi” saxta əsaslarla başlanılıb və tam qanunsuz olaraq həbs edilib. İqtidarın bu addımı onun azad sözə, mətbuat azadlığına, KİV nümayəndələrinə qarşı növbəti siyasi təzyiqdir. Məqsəd prezident seçkisi ərəfəsində seçiciləri qorxutmaq və seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırmaqdır". 

ALP Pərviz Haşımlının həbsini ölkədə siyasi repressiyaların davamı hesab edir, bu həbsi qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA