Parlament seçkiləri: təşviqatın aparılması sabah başa çatır

img

07-02-2020 [10:41]


Parlament seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması sabah başa çatır.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Belə ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək. Həmin vaxtdan sonra təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA