Türkiyə XİN başçısı: “Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”

img

06-02-2020 [12:54]


“Prezident İlham Əliyev tərəfindən təltif olunmağım mənim üçün şərəfdir”.
 
Bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
 
O bildirib ki, Azərbaycanı müdafiə etdiyi, Türkiyə-Azərbaycan əməkdaşlığını gücləndirmək istiqamətində çalışdığı üçün təltif olunub: “Türkiyədə hər bir kəs Türkiyənin haqlı davasını müdafiə etməklə bərabər Azərbaycanın da mübarizəsini dəstəkləyir. Azərbaycan biz olmadığımız yerlərdə Türkiyənin haqlarını bizim qədər müdafiə edir. Ona görə Prezident İlham Əliyev tərəfindən bu medalla təltif olunmağımız bir qürurdur”.
 
Türkiyə Xarici İşlər naziri qeyd edib ki, bundan sonra da Azərbaycanı müdafiə etməyə davam edəcəklər: “Bir millət, iki dövlətiksə, bunun gərəyini yerinə yetirməliyik. Siyasi həyatımda Azərbaycanın haqlı mübarizəsinə həmişə hər yerdə dəstək verəcəyəm”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA