"Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir" - Prezident NATO-nun Avropadakı Ali Komandanını qəbul etdi
06-02-2020 [17:28]
Prezident İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən, həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq.
İkitərəfli əlaqələrimizə gəldikdə, demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberqlə sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmçinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən səfirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasətimiz, müstəqil siyasətimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdılar. Çünki bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada hərbçilərimiz var və biz hərbçilərin sayını artırmışıq. Biz çox mühüm nəqliyyat və logistika dəstəyi, hava məkanımızdan uçuş imkanını, həmçinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklərin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.
Mən həmçinin sizi məlumatlandırmaq istərdim ki, biz artıq Əfqanıstandan mülki yüklərin tranzit daşınmasına başlamışıq. Bununla da bu ölkənin Avropa bazarlarına yol tapmasına kömək edirik. Biz artıq dəmir yolumuzu Əfqanıstandan keçən Lapis Lazuli dəmir yolu ilə birləşdirmişik. Biz, həmçinin Əfqanıstana texniki və maliyyə dəstəyi göstəririk. Bizim mühüm nailiyyətlərimizdən biri olan “ASAN” ictimai xidmətlər mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərməyə başlayıb. Bu, çox səmərəli, müasir sistemdir, demək olar ki, 300 ictimai xidmət bir yerdə cəmləşib. Əfqanıstan Prezidenti burada olanda bu sistemlə tanış oldu və bizdən onu orada yaratmağa kömək göstərməyimizi xahiş etdi və biz bunu etdik.
Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda NATO-nun qərargahında olub. O, mənə məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü səfirlərin hamısı ölkəmiz barəsində çox xoş sözlər deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmçinin bizim Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danışıblar.
Beləliklə, sizi bu barədə məlumatlandırmaq və bir daha “Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters deyib:
-Çox sağ olun, cənab Prezident. Mən təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqedə olmaq istəyinizə görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilməsi, əsgərlərinizin orada müşahidə etdiyimiz xidməti tərəfimizdən yüksək qiymətləndirilir. Bir az bundan əvvəl Sizin baş qərargah rəisi ilə görüşmək imkanım oldu və bu yaxınlarda Əfqanıstandakı səhra komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin xidmətini müzakirə etdim. Onlar cəsarətlə xidməti davam etdirirlər və qeyd etməliyəm ki, NATO-nun Əfqanıstana cəlb edilməsi ilə bağlı məsləhətləşmələr zamanı həmişə bütün əsgərlərinizin mühafizəsi məsələsi nəzərə alınacaqdır. Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir.
Prezident İlham Əliyev: Çox sağ ol.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi