“Hollywood Cinema Club” cərimələndi
06-02-2020 [10:25]
“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayəti var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alğı-satqısına görə anlaşılmazlıqdır.
E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddialar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq departamentinə müraciət olunub. Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, saytların birində dərc olunan xəbərdə Badamdar qəsəbəsi 77 ünvanında yerləşən “Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri bildiriblər ki, obyektin müştərilərinin səhərə kimi yüksək səsli musiqi altında əylənir, daha sonra çıxıb küçədə sərxoş halda mahnı oxuyub, rəqs edirlər. Gecə saatlarında yaşanan bu vəziyyətdən narazı olan sakinlər xüsusilə azyaşlı övladları üçün narahat olduqlarını qeyd ediblər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edərək şikayət ediblər: “Şikayətdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən məsələ ilə maraqlansalar da, daha sonra “bu iş bizlik deyil”-deyə bildiriblər/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi