"3-4 gün əvvəl bir yerdə çörək kəsmişdik, ancaq” - Vitse-prezidentdən Adil Əliyevə növbəti etiraz
05-02-2020 [21:44]
Kikboksinq Federasiyasının vəzifədən uzaqlaşdırılan vitse-prezidenti etiraz edib.
Azərbaycan Kikboksinq Federasiyası (AKF) ətrafında qalmaqal davam edir. Qeyd edək ki, Federasiyanın 5 vitse-prezidenti eyni gündə istefaya göndərilib.
Məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, istefaya göndərilən şəxslərin bundan xəbərləri olmayıb və onlar bu barədə sosial şəbəkədə AKF prezidenti Adil Əliyevin paylaşdığı statusdan sonra xəbər tutublar. Bundan narazı qalan vitse-prezidentlərdən biri - Güloğlan Cabbarov A.Əliyevi tənqid edib.
Mia.az xəbər verir ki, AYNA-ya danışan G.Cabbarov 12 ildən artıqdır Federasiyasının vitse-prezidenti olduğunu deyib:
“Federasiyanın inkişafında hədsiz xidmətlərim olub. Amma dünən (4 yanvar – red.) sosial şəbəkə vasitəsilə işdən azad olunduğumu öyrənmişəm. Bu, mənə qarşı ədalətsizlikdir. Ən azından, rəhbərlik iclas keçirməli və bizi xəbərdar etməli idi”.
“Bu xəbəri oxuyanda şoka düşdüm. Biz nə qədər zəif insanlarıq ki, işdən azad olunduğumuz xəbərini “Facebook”dan oxuyuruq?! Halbuki öncə aramızda müzakirə edilib, daha sonra qərar verilməli idi. Bu cür addımlar qeyri-peşəkar addımlardır. Mən də əsəblərimi cilovlaya bilmədim və sosial şəbəkədə onlara cavab verdim”, - o deyib.
Cabbarov işdən çıxarılmasının səbəbini də açıqlayıb: “Səbəb göstərilir ki, 4 ildən bir iclas keçirilməlidir və heyət məlum olmalıdır. Düşünürəm ki, bu iclası bir az gec keçirmək olardı. Milli Məclis seçkilərinin bitməsini gözləməli idilər. Ondan sonra Federasiya seçkiləri keçirilməli idi. Biz də halallaşıb, xeyir-dua alıb gedərdik. Mən bu xəbəri “Facebook”dan oxumalı deyildim. Halbuki, bizim Adil Əliyevlə münasibətlərimiz yaxşı idi, 3-4 gün əvvəl bir yerdə çörək kəsmişdik”.
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən AKF-in prezidenti Adil Əliyev bildirib ki, sözügedən məsələdən lazım olan insanların xəbəri olub: “İdarə Heyəti qərar qəbul edəndə heç kimdən nə etməli olduğunu soruşmur. Əsasnaməyə uyğun olaraq İdarə Heyəti 4 ildən bir yığışıb qərar qəbul edir və nəticələr hər kəsə deyilir. Burada qeyri-adi bir hal yoxdur. Hələ seçkilər keçirilməyib. Yaxın zamanlarda yeni seçkilər keçiriləcək”.
“Köhnə üzvlərin yenidən seçilməsi mümkün deyil. Hətta mənim özüm də, ola bilsin, yeni heyətdə olmayım. Məqsəd inkişafa fokslanmaqdır. Məqsədimiz Federasiyaya daha yaxşı dəstək ola biləcək vitse-prezidentlər tapmaqdır”, - A.Əliyev əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi