“Gürcü şirkət rəhbəri zəng edib, qəzəblə dedi ki...” - “Özümü öldürəcəm” deyən sahibkara şərikindən sərt ittihamlar
05-02-2020 [21:52]
VASİF MƏMMƏDOV: “GÜBRƏLƏRİ DÜZGÜN SAXLAMADIĞIMIZ ÜÇÜN ZAY OLMUŞDU...."
Xəbər verdiyimiz kimi, Göyçay rayonu Bığır kənd sakini, sahibkar Mayılov Çingiz Sabir oğlu Mia.az-a şikayət məktubu yazaraq, Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli əməkdaşının onu intihar həddinə çatdırdığını deyib.
O bildirib ki, Gürcüstandan "Georgi LTD" şirkətindən qanunu qaydada orqanik üzvü gübrə gətirərək, nazirliyin tabeliyində olan "Aqrolizinq" birliyinə verib. Lakin bu günədək gübrənin pulunu bir hissəsini – 75 min manatını ala bilməyib.
O, bu məsələdə Kənd Təsərüatı Nazirliyinin maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyevi ittiham edərək, nazir İnam Kərimovun qəbulunda özünü öldürəcəyini deyib.
Bəs, əsl həqiqtə necədir?

Mia.az xəbər verir ki, bu şikayət saytda yayımlanandan sonra redaksiyaya çoxsaylı məlumatlar daxil olub. Zənglər, eyni zamanda, saytın ünvanlarına göndərilən məlumatlara görə, əslində, sahibkar bu məsələdə haqlı deyil.
Məsələn, Cəlilabaddan adının çəkilməsini istəməyən fermer iddia edir ki, onlara həqiqtən "Georgi LTD" şirkətinin məhsulu paylanılıb. Amma həmin gübrələrin keyfiyyətindən danışmaq belə mümkün deyil: “Biz onu aldıqdan sonra xeyrini görmədik. Sonradan digər rayonlarda – Salyan və Neftçaladakı fermer dostlarımız da eyni şikayəti etdilər. Yəni bu sahibkarın dediyinin əksinə olaraq, həmin gübrə orqanik, yaxud keyfiyyətli deyildi. İndi dəqiq deyə bilmərəm, bu, məhsulun saxlanma rejiminə əməl edilməməsi ilə, yaxud nəylə bağlıdır. Fakt budur ki, həqiqət sahibkarın “yüksək keyfiyyətli məhsul” təqdimatı kimi deyil. Hətta biz zərər görə o sahibkarı məhkəməyə də vermək istədik. Lakin sonradan vaxtımızı məhkəmələrdə itirmək ehtimalını nəzərə alıb, vaz keçdik. Nə isə. Sözüm odur ki, o vaxt xeyli fermer buna görə ciddi maddi zərərə düşdülər. Yəqin, məhz buna görə nazirlik də qarşı tərəfin vəsaitini ödəməkdən imtina edib. Məncə də haqlıdırlar. Əksinə, o sahibkar bizə dəyən zərərə görə cavab verməlidir”.
Mia.az-a verilən digər bir məlumata görə, sahibkar Çingiz Mayılovun keyfiyyətsiz gübrələri ilə bağlı hətta hüquq-mühafizə orqanlarına şikayətlər də olub.
İddialara görə, Şamaxılı bir qrup fermer adıçəkilən sahibkarın payladığı gübrənin zay olması ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər qurumlara da müraciətlər ediblər.
Məsələnin digər maraqlı tərəfi isə odur ki, “Aqrolizinq”in bəzi rayon şöbələrinin rəhbərləri də fermerlərin çoxsaylı şikayətlərindən sonra müvafiq araşdırma və sənədləşdirmələr aparıblar. Nəticəsi haqda prokororluğa rəsmi şikayət verilib. Oradan isə həmin müraciətlər araşdırılması və tədbir görülməsi üçün sahikarın yaşadığı rayona – Göyçaya göndərilib.
![]()
Bundan başqa, onun, yəni Çingiz Mayılovun biznesdəki şəriki Vasif Məmmədovla da məhz bu “zay məhsul”a görə aralarında problemlər yaranıb.
O, hətta mətbuata açıqlamasında Çingiz Mayılovun iddialarını nəinki yalanlayıb, hətta onu şantajda da ittiham edib.
Bildirib ki, Çingiz Mayılov 2018-ci ilin yayında ondan Gürcüstandan orqanik gübrənin Azərbaycana gətirilməsinə kömək etməyi xahiş edib:
“Uzun xahişlərindən sonra, əslində, biznes sahəmə yad olan bu məsələdə ona kömək etmək qərarını verdim. Araşdırmalarım zamanı Qida Agentliyinin (AQTA) əməkdaşı ilə də məsləhətləşdim, onlar da belə məhsula ehtiyac olduğunu dedi. Onun tövsiyəsi ilə Çingizlə birlikdə “Aqrolizinq”in gübrə şöbəsinin müdiri Musa Hüseynovun yanına mütəxəssis məsləhəti almaq üçün getdik. O, bizə məsləhətlərini verdi. Biz bundan sonra bəzi fermerlerin yanına gedib, bu gübrənin nümunələrini sınaqdan çıxarmaq üçün verdik. Əgər tətbiqi uğurlu olsaydı, işi davam etdirəcəkdik.
Beləliklə, Gürcüstandan da şirkətin rəsmi nümayəndəsi də Azərbaycana gəldi. Olqe Çıxaledze bütün fermerlərə deyirdi ki, bir həftə içində gübrə tətbiq olunan sahə ilə verilməyən sahələr arasında fərq açıq görünəcək. Ancaq dediyi kimi olmadı. Əksinə, fermerlərdən şikayətlər gəldi, artdı. Bundan sonra Çingizlə Oleqə zəng etdik. Çingiz rus dilində yaxşı bilmədiyi üçün mən onunla danışdım.
Bundan sonra o, bura – Azərbaycana gəldi. Gördü ki, həqiqətən fermerlər haqlıdır.
Bundan sonra o, buradakı gübrədən nümunə götürüb, geri qayıtdı. 3 gün sonra o, qəzəblə zəng edib, dedi ki, “siz mənim və şirkətimizin nüfuzunu zərbə altında qoyubsuz. Düzgün saxlamadığnıza görə, məhsul keyfiyyətini itrib. Ona görə, təcili gübrələri geri yığın...”.
Aydın oldu ki, biz o gübrələri xüsusi anbarda, 22 dərəcədə sabit rejimdə saxlamalı imişik. Gürcü haqlı idi. Çünki o gübrələr Çingizin evinin qarşısındakı balaca, yararsız anbarda, özü də istidə, soyuqda 2 il heç bir təlimata uyğun olmayan formada saxlanılıb. Ona görə məhsul keyfiyyətini tamamilə itirmişdi. Bunu gürcü ekspertlərin bizə göndərdiyi laboratoriyanın rəsmi nəticələri də təsdiqlədi.
Bundan sonra Çingizə dedim ki, məhsulu paylanılan rayonlardan təcili geri yığ, fermerlərin şikayəti artıb, sonra problem daha böyük olacaq, camaat bizə görə böyük zərərə niyə düşsün ki?
Lakin o, nə mənə, nə şikayətlərə məhəl qoymadı. Əksinə, başladı ora-bura şikayət etdi. Bununla hamını qabaqlamağa çalışdı, şantaj kimi. Saytlara haqsız şikayətlər etməyə başladı...
Halbuki Gürcüstandan rəsmi məktublar var, orada gübrənin saxlanma rejiminə görə bu vəziyyətə düşdüyü rəsmən təsdiqlənib. Təkrar edirəm Çingiz Mayılov nə buna, nə də fermerlərn şikayətinə məhəl qoymadı. Buna görə, hətta gürcü şirkətinin Azərbaycana sərmayə qoymasına da mane oldu. Oysa ki, zay məhsulu yığışdırıb, ziyanın yarısından qayıtsaydı, nə ölkəmizin, nə o şirkətin, nə də bizim işgüzar nüfuzu belə zədələnməzdi. Əksinə, daha böyük işlərə imza ata bilərdik. Mən bunu Çingizə də dedim. Ancaq o, başa düşmədi, səhvini görmədi. Əksinə, onu-bunu hədələdi, təhdid etdi, yenə də əməlini davam etdirir. Ona görə, onunla yollarımız ayrıldı”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi