Prezident Qırğızıstanın XİN başçısını qəbul edib - FOTO
05-02-2020 [18:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə nazir Çingiz Aydarbekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Xoş gəlmisiniz, sizi görməyimə şadam. Sabah sizin mühüm tədbiriniz başlayır. Əminəm ki, tədbir bizim ötən il keçirdiyimiz Sammit zamanı dövlət başçıları tərəfindən verilən bütün tapşırıqlar ruhunda yaxşı keçəcək. Əlbəttə, təşkilatımız ildən-ilə güclənir və bütün türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üzrə çox mühüm məsələləri həll edir. Son zamanlar həm siyasi qarşılıqlı fəaliyyət planında, eyni zamanda, iqtisadi inteqrasiya üzrə və mədəniyyət, təhsil sahələrində çoxlu təşəbbüslər irəli sürülüb. Həm fond yaradılıb, həm də akademiya fəaliyyət göstərir. Beləliklə, biz öz işimizi daha məzmunlu edirik.
Hesab edirəm ki, ötən il ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olub. Mən beynəlxalq tədbirlər çərçivəsində Prezidentlə bir neçə dəfə görüşmüşəm. Əməkdaşlığın möhkəmlənməsi istiqamətində bu il də mühüm tədbirlər nəzərdə tutulub. Qırğızıstan bizim üçün çox yaxın ölkədir, qardaş ölkədir və biz ikitərəfli qarşılıqlı fəaliyyəti inkişaf etdirmək istəyirik. Beləliklə, düşünürəm ki, bu il siz öz həmkarınızla birgə həyata keçirəcəyiniz tədbirləri müəyyən edəcəksiniz.
Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib:
-Hörmətli İlham Heydər oğlu, çox sağ olun. İlk növbədə, Sizə təşəkkürümü bildirmək istərdim. Gərgin iş rejiminə baxmayaraq, Siz görüşmək və hər şeydən əvvəl Qırğızıstan-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə etmək üçün vaxt tapdınız. Siz qeyd etdiyiniz kimi, ötən il və ondan əvvəlki il Sizin şəxsi diqqətiniz və qardaşlıq, dostluq münasibətlərimizi möhkəmləndirmək istiqamətində bizim Prezidentin səyləri sayəsində əməkdaşlıq çox fəal şəkildə inkişaf edib. Ötən il Türkdilli Dövlətlərin başçılarının Bakı Sammitində tarixi hadisə baş verdi, təşkilatımız böyüdü, bundan başqa, Avropada Türk Şurasının ofisi açıldı. Zənnimizcə, Sizin bizim Prezidentimizlə çox vacib görüşünüz oldu. Həmin görüşdə siz tərəflərin hökumətlərinin icra etdikləri, reallaşdırdıqları konkret perspektiv, aktual razılaşmaları müəyyən etdiniz. Onların arasında Qırğız-Azərbaycan məktəbinin, Qırğız-Azərbaycan dostluq parkının tikintisi haqqında razılaşma da var. Ötən il dekabrın 24-də biz məktəbin təməlini qoyduq. Bu il yanvarın 10-da isə şəxsən bizim Prezidentin iştirakı ilə, - o, qardaşlıq münasibətlərimizə böyük diqqət yetirir, - park zonasının təməlqoyma mərasimi oldu. Bu, şəhərimizin ən mötəbər nöqtəsidir və şəhərimizin sakinləri bunu böyük ruh yüksəkliyi ilə qarşıladılar. Biz Sizin Qırğız Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözləyirik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi