Prezidentliyə namizəd geri çəkilir - özəl

img

18-09-2013 [22:07]


 Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirakını dayandırmaq üzrədir.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, prezidentliyə namizədin belə bir qərara gəlməsinin səbəbi maliyyə problemləri ilə bağlıdır.

 Partiya sədriniin seçki qərargahının adının çəkilməsini istəməyən üzvlərindən biri saytımıza deyib ki, Hafiz Hacıyev təbliğat-təşviqat, reklam digər xərcləri ödəmək imkanından məhrumdur: «Bununla bağlı bu gün partiyada uzun müzakirələr getdi. Partiyanın bütün imkanları müzakirə olundu. Düzdür, hələ son qərar verilməyib. Amma ümumi qərar budur ki, partiya sədri seçkidən vaxtından əvvəl geri çəkilsin. Yəni sonadək seçkidə aktiv iştirakı dayandırsın. Çünki adi təbliğat plakatlarını çap etdirmək imkanlarımız yoxdur».

 Mənbənin sözlərinə görə, bununla bağlı yaxın iki gün ərzində yekun qərar veriləcək bu barədə cəmiyyət məlumatlandırılacaq: «O zaman geri çəkilmənin detalları rəsmi şəkildə ictimaiyyətə açıqlanacaq».

 Məsələ ilə bağlı prezidentliyə namizəd Hafiz Hacıyevlə danışmaq mümkün olmayıb.

 

Onun da fikirlərini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA