Cəbrayıllı ağsaqqallar şəhid övladına xeyir-dua verdi - Zaur Məmmədovun seçicilərlə növbəti görüşü oldu + FOTOLAR
05-02-2020 [10:58]
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Məmmədov Zaur Əhməd oğlu (Zaur Əhməd) seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Mia.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə bölgələrdə məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Z. Məmmədov günün birinci yarısında Sabirabad rayonunda salınan Güdəcühür köçkün qəsəbəsində olub. Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşən namizəd öncə öz platformasından söz açıb, deputat seçiləcəyi təqdirdə görmək istədiyi işlərdən danışıb. Zaur Məmmədov bildirib ki, əgər ona etimad göstərib Milli Məclisə üzv seçərlərsə, beş il ərzində seçiciləri ilə birgə fəaliyyət göstərəcək.
Şəhid övladı olan deputatlığa namizəd daha sonra Qarabağ münqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb:
“Qarabağdan, doğma yurd-yuvasında didərgin düşmüş əhali olaraq, bu problem bizi daha çox narahat edir. Mən, müharibədən zərərçəkmiş bir ailənin övladıyam. Bütün el-obam doğma yurdundan didərgin düşüb, atam bu savaşda Vətən uğrunda canını fəda edərək şəhid olub. Yəni, mən sizdən biri kimi, Qarabağın yoxluğu, yaxud parçalanmış Qarabağı qəbul etmirəm. Bunun üçün həmrəy olmalıyıq”.
Görüşdə iştirak edən cəbrayıllı seçicilər namizədin çıxışından sonra öz fikirlərini bildiriblər. Mübariz Hüseynov, Bayram Əliyev, Əşrəf Alməmmədov çıxış edərək Zaur Məmmədova dəstək verəcəklərini deyib, qəsəbə sakinlərini də ona səs verməyə çağıracaqlarını bildiriblər.
Sonra namizədin seçki qərargahının üzvləri qəsəbə ərazisində gəzərək sakinlərlə fərdi qaydada görüşüblər.
Cəbrayıllı ağsaqqallarla görüşən Zaur Məmmədov onlardan xeyir-dua alıb. Onlar belə səmimi və gənc namizədə səs verəcəklərini bildiriblər. Ağsaqqallar deputatlığa namizədə “inanırıq ki, millət vəkili seçiləndən sonra da camaatın arasında olacaqsan”, - deyiblər.
Zaur Məmmədov şəhid Elşən Muradovun bacısı Natəvan Səfərovanın evində qonaq olub. Namizəd onların problemləri ilə maraqlanıb. Şəhid bacısı ailələrində heç kimin işləmədiyini bildirib. O deyib ki, icra hakimiyyəti və digər qurumlara müraciət etsələr də, ailəyə heç bir köməklik göstərilməyib.
Qəsəbədə məskunlaşan köçünlərlə söhbət zamanı müxtəlif poblemlərin olduğu bildirilib. Qeyd olunub ki, əsasən işsizlik problemi insanları narahat edir. Eyni zamanda, qəsəbədə tibbi xidmətin olmadığı, təcili tibbi yardımın çağırış yerinə ən yaxşı halda bir saata gəldiyi bildirilib. Şəhərcikdə dayanacaq yoxdur, mobil rabitə bərbad vəziyyətdir.
Z. Məmmədov görüş zamanı qaldırılan problemlərin ictimailəşdirilərək həllinə çalışacağını deyib.
Zaur Məmmədov günün ikinci yarısında Şirvan şəhərində məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə olub. O, Cəbrayıldan olan bir qrup seçici ilə görüşərək platforması barədə məlumat verib. Namizəd onların problemləri ilə maraqlanaraq qeydlər aparıb.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi