18-09-2013 [15:45]
Panamada Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun və ortaqlarının adına olan offşor şirkət aşkarlanıb. Virtualaz.org offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyihttp://www.datatracker.org/saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan "Global Transport Group S.A.” şirkət haqda məlumatlara rast gəlib.
Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır.
Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir.
İnternet mənbələrində aparılan araşdırmalarda bu şirkətin Azərbaycanda hər hansı biznes fəaliyyəti barədə məlumatlara rast gəlmədik. Lakin demək olar ki, eyni vaxtda - 1998-ci ilin oktyabrında Panamada yaradılmış "Global Transport Services” adlı şirkətin saytına rast gəldik. (http://www.gtspanama.com).
Bu şirkətin ofisi Panamada yerləşir və beynəlxalq yükdaşımalar və logistika biznesi məşğuldur. Hal-hazırda da fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsinə yüklərin çatdırılması xidmətləri təklif edir.
Araşdırmaları davam etdirəndə məlum oldu ki, "Global Transport”un sahibləri arasında yer alan Elyar Dəmirov həqiqətən nəqliyyat nazirinə yaxın adamdır. Biznes çevrələrindəki məlumatlı qaynaq virtualaz.org-a bildirdi ki, Elyar Dəmirov uzun müddət Azərbaycanın dəmiryol sisteminə texnika və avadanlıqların satışını təşkil edən, bu sistemin təchizatında mühüm rola malik olan iş adamıdır.
Doğrudur, mənbə təxminən 3-4 ildir E.Dəmirovun Ziya Məmmədovun nazirliyi ilə biznes əlaqələrinin nə yerdə olduğu haqda informasiyalara malik olmadığını vurğulayır. Bununla belə mənbə bildirdi ki, E.Dəmirov əslən yevlaxlıdır, Moskvada yaşayır, kifayət qədər imkanlı və nüfuzlu iş adamıdır və nəqliyyat nazirinin yaxın çevrəsi ilə biznes ortaqlığına malik olub. O, Azərbaycan dəmiryollarına teplovozların, vaqonların alınması, istənilən cür texniki təchizat işləri ilə məşğul olub.
Qeyd edək ki, bundan əvvəl Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu"Bakı XXI Əsr” MMC şirkətinin də izi offşor zonalara gedib çıxdığı məlum olmuşdu. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş "Trans European Leasing Group” şirkətidir.
Virtualaz.org Panamada fəaliyyət göstərən nəqliyyat şirkəti ilə bağlı məsələyə deputat Elton Məmmədovun da münasibətinə yer verməyə hazırdır.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi