Rəsmi Bakı: "Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında hərtərəfli həllini dəstəkləyirik"

img

04-02-2020 [13:23]


Fevralın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

Ramiz Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Azərbaycanın bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA