Natiq Əmirov, Samir Şərifov, Sahil Babayev AMEA-da: Ramiz Mehdiyevin yanında islahatlar müzakirə olunub + FOTO
03-02-2020 [19:50]
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşüblər.
AMEA-dan Mia.az-a daxil olan məlumata görə, AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də qarşıda duran məsələlər barədə ətraflı danışıb.
Akademiya rəhbəri Dövlət proqramlarının icrası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi üzrə görülən işlərdən danışaraq ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində Akademiya alimlərinin üzərinə düşən vəzifələrdən geniş bəhs edib. Akademik Ramiz Mehdiyev dövlət başçısı tərəfindən AMEA kollektivi qarşısında qoyulan vəzifə və tapşırıqları yüksək işgüzarlıqla yerinə yetirəcəklərini diqqətə çatdırıb.
Sonra AMEA Rəyasət Heyətinin, eləcə də elmi-tədqiqat institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində irəli sürülən fikir və mülahizələr ətrafında geniş müzakirə aparılıb. Müzakirələrdə AMEA-nın Birinci vitse-prezidentləri akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, vitse-prezidentlər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov və İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək bir sıra ümumiləşdirilmiş təklif və mülahizələrini səsləndiriblər.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin yüksək əhəmiyyət kəsb etdiyini bildirərək AMEA alimlərinin ölkənin sosial-iqtisadi inkişafında rolundan danışıb, taleyüklü məsələlərdə ölkə alimlərinin yaxından iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən səsləndirilən təklif və mülahizələrə ölkəmizdə mövcud olan müvafiq qanunlara və imkanlara istinad edərək münasibətlərini bildiriblər.
Dövlət rəsmiləri 29 dekabr 2019-cu ildə keçirilmiş Akademiyanın Ümumi yığıncağı tərəfindən qəbul edilmiş AMEA-nın 2020-2025-ci ilər üzrə İnkişaf proqramının Akademiya həyatında əhəmiyyətli dönüş yaradacağına əminliklərini ifadə ediblər.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvləri adından dövlət rəsmilərinə minnətdarlığını bildirib, müxtəlif dövlət qurumları ilə elmsahələriarası əlaqələrin genişləndirilməsininin vacibliyini qeyd edərək bütün sahələrdə olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafında da Akademiya alimlərinin səmərəli elmi-tədqiqat işlərindən istifadənin əhəmiyyətini diqqətə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi