18-09-2013 [13:05]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın bir neçə gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 180 ədəd "NAZ Lifan” markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Avtomobillərdən 40 ədədi sentyabrın 18-də Bakıda, Nazirliyin inzibati binasının həyətində müharibə əlillərinə təqdim olunub.
Tədbir iştirakçıları ilk öncə Nazirliyin inzibati binasının foyesində Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoyublar. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov yeni minik avtomobili alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını bildirib. Son on ilin ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də sürətli tərəqqi mərhələsinə çevrildiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir Fizuli Ələkbərov respublikanın dinamik sosial-iqtisadi inkişafı şəraitində əlilliyi olan insanların dövlət hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində işlərin də ilbəil gücləndiyini deyib.
Tədbirdə qeyd olunub ki, son on ildə respublikanın müxtəlif bölgələrində 4 mindən çox, ümumilikdə, 1997-ci ildən bu vaxta qədər 5 mindən çox mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox, 1998-ci ildən bu vaxta qədər isə 3800-dən artıq minik avtomobili təqdim olunub.
1998-2008-ci illərdə müharibə əlillərinə verilən "OKA” markalı minik avtomobillərini ölkənin dinamik inkişafının daha bir göstəricisi olaraq, 2009-2010-cu illərdə "SLAVUTA” markalı, 2011-ci ildən etibarən isə rahatlığı və zahiri görünüşü ilə onlardan daha üstün olan "NAZ Lifan” markalı avtomobillər əvəz etməyə başlayıb.
Tədbirdə minik avtomobili ilə təmin olunan əlillər ürək sözlərini bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi