MSK seçki bülletenlərini DSK-lara göndərib
02-02-2020 [12:13]
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlayıb.
MSK Katibliyinin Media və İctimai Əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, MSK üzvləri, katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.
Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.
Milli Məclisin Mətbəəsində baş tutan tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonar yanvarın 27-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) ədəd seçki bülleteni çap olunub.
Bülletenlər Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi