"Sizin mövqeyinizə kölgə salmağa çalışırlar..." - Kəlbəcərli namizəd Prezidentə və Mehriban Əliyevaya icra başçısından şikayətləndi
01-02-2020 [16:15]
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd, vəkil Əziz Qənbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident, xanım Mehriban Əliyevaya və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət ünvanlayıb.
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
Hörmətli cənab Prezident!
Nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, bu gün Sizin tərəfinizdən aparılan islahatlar, kadr dəyişiklikləri, dövlət idarəetmə orqanlarında gəncləşdirmə siyasətinin aparılması bəzi dırnaqarası dövlət məmurlarını narahat edir.
Buna görə də hər fürsətdə bu işlərə mane olmağa çalışırlar. Bu cür məmurlar Kəlbəcər rayon dövlət idarələrində də mövcuddur.
Cənab Prezident, Siz öz çıxışlarınızda biz gəncləri ölkədə aparılan islahatlarda yaxından iştirak etməyə, keçiriləcək növbədənkənar parlament seçkilərinə fəal qoşulmağa çağırdınız.
Biz gənclər isə Sizin bu çağırışınızdan ruhlanaraq aparılan islahatlara dəstək vermək, xalqımızın problemlərinin həllində və dövlətimizin inkişafında yaxından iştirak etmək məqsədilə bu seçkilərdə iştirak etmək qərarına gəlmişik. Deputatlığa namizədlər arasında gənclərin üstünlük təşkil etməsi minlərlə gəncin Sizin bu çağırışınıza müsbət cavab verdiyinin göstəricisidir.
Sizin mövqeyiniz bəllidir: seçkilər şəffaf keçirilsin, xalqın seçdiyi şəxslər millət vəkili olsun. Sizin bu mövqeyinizi Ərazi-təşkilat məsələləri üzrə köməkçiniz cənab Zeynal Nağdəliyev də bir daha bəyan etdi. O, açıq şəkildə bildirdi ki, heç kim keçmişdəki “ənənəvi qaydalara” ümid etməsin. Cənab Prezident, lakin bəzi məmurlar öz “fəaliyyətləri” ilə Sizin mövqeyinizə kölgə salmağa, seçkilərin şəffaf keçirilməsinə mane olmağa çalışırlar.
Belə ki, mən Kəlbəcər ictimaiyyətinin, çoxsaylı ziyalıların dəstəyi ilə 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Təbliğat-təşviqat kampaniyası başladıqdan bu günə qədər seçki komandamızla ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış soydaşlarımızla görüşlər keçirir, onların problemləri ilə maraqlanırıq.
Əhali tərəfindən rəğbətlə qarşılanmağımız, seçicilərin məni dəstəkləməsi, seçicilərlə görüşlərimizə xeyli sayda vətəndaşların gəlməsi və s. artıq Kəlbəcər rayon hakimiyyət orqanlarında çalışan bəzi məmurları narahat etməyə başlayıb. Belə ki, onlar öz təsir imkanlarından, hakimiyyət səlahiyyətlərindən istifadə edərək insanları mənim görüşlərimə gəlməkdən çəkindirirlər. İnsanlar isə işləri bu məmurlardan keçdiyinə görə, öz iş yerlərini, yaxınlarının iş yerlərini itirməməsi üçün və s. təhdidlərdən çəkindikləri üçün məcbur qalıb bu təzyiqlərə əməl etməli olurlar.
Lakin bu cür süni əngəllərə baxmayaraq, keçirdiyimiz görüşlərə yenə də xeyli sayda insanlar gəlir, heç nədən çəkinməyərək öz dəstəklərini ifadə edirlər.
Görüşə gələn insanlar qeyd edirlər ki, “biz bilirik ki, cənab Prezident bu seçkiləri xüsusi diqqətdə saxlayır, O xalqı əmin edib ki, seçkilər şəffaf keçiriləcək. Buna görə də biz heç bir məmurun təziqindən qorxmayaraq, cənab Prezidentə arxalanaraq öz namizədimizi dəstəkləməyə gəlmişik”.
Lakin bəzi məmurların ənənəvi riçaqlardan istifadə etməklə insanlara təzyiq göstərməsi Sizin gördüyünüz işlərə kölgə salmağa hesablanmışdır. Bütün bunlar isə xalqda olan inamı sarsıltmağa gətirib çıxara bilər.
Sizdən xahiş edirəm ki, yuxarıda qeyd edilən məsələləri ciddi nəzarətə götürəsiniz, bu cür halların araşdırılması və xalqa təziq göstərən məmurların cəzalandırılmasını üçün ciddi göstəriş verəsiniz".
Xatırladaq ki, Əziz Qənbərovun bu dairədəki əsas rəqibi Kəlbəcərin icra başçısı Aqil Məmmədovdur. YAP bu dəfə həmin dairədən Cavid Qurbanovun deyil, onun yaxın qohumu olan icra başçısının namizədliyini verib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi