Nemət Pənahlının səhhəti ağırlaşıb, amma müayinədən keçirilmir

img

18-09-2013 [12:18]


Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş, hazırda isə Qobustandakı qapalı həbsxanada saxlanılan Nemət Pənahlının səhhətində irəliləyiş yoxdur.

Mia.az xəbər verir ki, bu barədə "Azadlıq”a məlumat verən Həcər Pənahlı bildirib ki, həyat yoldaşının durumunun yaxşılaşması üçün heç bir addım atılmır:

"Nemətin əziyyət çəkdiyi xəstəliklər həmişəki həddədir. Onun qapalı şəraitdə saxlanılması da səhhətinə mənfi təsir edir. Nemət həkim müayinəsindən keçirilmir. Ümumi vəziyyəti yaxşı deyil. Mən Nemətin durumu barədə, səhhəti və saxlanma şəraitilə bağlı Azərbaycanın bütün müvafiq dövlət orqanlarına müraciət etmişəm. Amma bu müraciətlərin heç bir nəticəsi olmadı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA