ÜST bəyanat yaydı: 18 ölkədə koronavirusa yoluxma halı aşkarlanıb
31-01-2020 [13:55]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin yanvarın 30-da Çində ortaya çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı iclası keçirilib.
Çin Səhiyyə Nazirliyi 7711 nəfərin koronavirusa yoluxduğunu və 12167 nəfərdə şübhəli hal qeydə alındığını təsdiqləyib. Bunlardan 1370-nin ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq evə buraxılıb. ÜST-nin katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.
Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Çin digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.
Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda ictimai səhiyyə sahəsində beynəlxalq fövqəladə vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və müvəqqəti tövsiyələr hazırlanmasını məsləhət görür.
"Biz etiraf edirik ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Lakin müəyyən xüsusi vəziyyətlərdə insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə ÜST-ə məlumat verməlidir. BTSQ-nin üçüncü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir. Əgər baş direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq", - bəyanatda qeyd olunub/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi