Baş nazir magistratura ilə bağlı qərar imzaladı, yeni ixtisaslar yaradıldı - SİYAHI

img

30-01-2020 [20:36]


Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ali təhsilin magistratira səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni "Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”“Rəqəmsal hökumət” ixtisasları yaradılıb.

Eyni zamanda,  “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı, "Sərhəd təhlükəsizliyi və idarəetmə” bölməsinə "Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” istisaslar əlavə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA