Məmmədyarovla Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb - İlk açıqlama

img

30-01-2020 [18:11]


Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

“Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilib”, - A.Naqdalyan məlumat verib/Report.

Xatırladaq ki, dünən tərəflər arasında 7 saat çəkən görüş olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA