İlham Əliyevlə xanımı Qubada “Soyqırım memorial kompleksi”nin açılışını etdi

img

18-09-2013 [11:37]


Quba rayonunda "Soyqırımı memorial kompleksi”nin açılışı olub.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Prezident İ.Əliyevə kompleksdə görülən işlər barəsində ətraflı məlumat verilib.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.

anspress


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA