“Azəriqaz” İB-də müşavirə keçirilib - 28 əməkdaşa xəbərdarlıq edilib
30-01-2020 [16:38]
“Azəriqaz” İstehsalat Birliyində SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin və Birlik rəhbərliyinin iştirakı ilə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində 2019-cu ilin yekunlarına həsr edilmiş geniş müşavirə keçirilib.
“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, Birliyin baş direktoru Ruslan Əliyev bildirib ki, 2019-cu il ərzində yeni işə qəbul edilən, iş yerini dəyişən və təcrübəyə göndərilən 442 nəfərə müvafiq təlimatlar verilib. 930 işçinin (402 ilkin, 528 təkrar olmaqla) təhlükəsizlik texnikası sahəsində biliyi yoxlanılıb: "Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiya Birliyin 16 tabeli təşkilatında yoxlama keçirib. Qaydaları və icra intizamını pozan ayrı-ayrı struktur bölmələrdə işləyən 28 əməkdaşa xəbərdarlıq kartları təqdim olunub. Eyni zamanda, yüksək peşəkarlıq və nümunəvi davranışlarına görə 5 nəfər işçiyə mükafat verilib. Birlik üzrə il ərzində 658 işçinin dövri tibbi müayinədən keçmələrinə şərait yaradılıb".
O da qeyd edilib ki, tətbiq olunan İSO 9001, İSO 14001, OHSAS 18001, İSO 50001 və İSO 10002 üzrə beynəlxalq standartların təkmilləşdirilməsi və yoxlanılması məqsədilə daxili audit, Türk standartlaşdırma İnstitutunun mütəxəssisləri tərəfindən isə xarici audit keçirilib.
Sonda Baş direktor onu da əlavə edib ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində həyata keçirilmiş tədbirlər və maarifləndirmə işləri nəticəsində son illərdə istehsalatla birbaşa bağlı ölümlə nəticələnən bədbəxt hadisə baş verməyib.
Daha sonra SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov, “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi İlkin Behbudov mövzu ətrafında çıxışlar ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi