Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı - 6 qurumla birgə

img

30-01-2020 [15:51]


“Azərbaycanda koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb”.

Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir: “Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.

Xatırladaq ki, İşçi qrupun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA