Çində yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb

img

30-01-2020 [10:32]


Çinin koronavirus yayılan Uhan şəhərində olan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb.

Hazırda bu şəhərdə 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı var. 

Ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi karqo təyyarəsi onların təxliyəsi üçün Çinə göndəriləcək. Azərbaycan və Türkiyə vətəndaşları “Koca Yusuf” əməliyyatı ilə təxliyə ediləcək. 

Türkiyəyə çatandan sonra onlara xüsusi geyimlər veriləcək. Həmin şəxslər 14 gün karantində saxlanılacaqlar.

“Vətəndaşlarımızda hazırda bir xəstəlik əlaməti yoxdur. Ancaq yenə də Uhan aeroportunda həkimlər onları müayinə edəcək. Pilot və ekipaj daxil olmaqla, hər kəsə xüsusi geyimlər veriləcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və səhiyyə ekipajı 14 gün karantində saxlanılacaqlar. Heç kimdə şübhə qalmasın. Türkiyə yoluxucu xəstəliklərə qarşı bütün tədbirləri görür”, - Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edək ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ən az 19 ölkədə aşkarlanıb. Həmin dövlətlər arasında ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliya da var/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA