"Fikrin ifadə olunmasının qarşısını almaq olmaz" - AŞPA məruzəçisindən Azərbaycanda medianın vəziyyəti ilə bağlı açıqlamalar
29-01-2020 [21:11]
"Yanvarın 28-də AŞPA-da qəbul olunan “Avropada media və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı hesabat Azərbaycanda mətbuatın vəziyyətinə müsbət təsir göstərməlidir".
Mia.az xəbər verir ki, bu fikri AŞPA-nın media azadlığı üzrə yeni məruzəçisi, avstriyalı deputat Stefan Şennak Turan-a müsahibəsində söyləyib.
“Mən müsbət dəyişikliklərə ümid edirəm, bunlar lazımdır, çünki Azərbaycandakı vəziyyət ideal deyil”, - o deyib.
“Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır?” sualının cavabında Ş.Şennak deyib ki, jurnalistləri tənqidə görə həbsə salan qanunları ləğv etmək lazımdır: “Bu, onların qanuni hüquqlarıdır və jurnalistlərin sərbəst işləməsi, öz araşdırmaları barədə ictimaiyyəti məlumatlandırması çox vacibdir”.
“Media üzrə məruzəçi kimi Azərbaycana nə zaman səfər etməyi və ölkədəki mövcud vəziyyəti qiymətləndirməyi planlaşdırırsınız?”, - sualına cavabda isə Şennak verib ki, o, artıq Avropa Şurasının Azərbaycan üzrə məruzəçisidir və hər məruzəsində ölkədə mətbuatın və jurnalistlərin vəziyyətini qiymətləndirir: “Ancaq bundan sonra həm də mətbuat azadlığı üzrə məruzəçiyəm. Buna görə də indi mətbuat və jurnalist azadlığı məsələlərinə xüsusi diqqət yetirəcəyəm. İlk növbədə, bu, Azərbaycanda həbsdə olan jurnalistlərə aiddir. Sizin ölkəniz mühakimə olunmuş jurnalistlərin sayına görə Avropa Şurasının liderlərindən biridir”.
"Azərbaycan hakimiyyəti deyir ki, KİV azadlığı sahəsində öhdəliklərini yerinə yetirir. Bununla razısınızmı?", - sualına belə cavab verib: “Əlbəttə ki, xeyr. Tamamilə aydındır ki, hakimiyyət öz öhdəliklərini yerinə yetirmir. Sizin hakimiyyət və hüquq- mühafizə orqanları başa düşmürlər ki, fikrin ifadə olunmasının qarşısını almaq olmaz. Yanvarın 28-də qəbul edilmiş hesabatda xüsusilə vurğulanıb ki, Azərbaycan araşdırmaçı-jurnalistlərin işinə maneəçilik törətməməlidir, onlar sərbəst və təhlükə olmadan işləməlidir”.
Azərbaycanda vəziyyəti yaxşılaşdırmaq üçün beynəlxalq təşkilatlar hansı addımları atmalıdır? Bu sualın cavabında ŞŞennak deyib ki, Avropa Şurası Rusiya, Ukrayna, Bolqarıstan, Slovakiya, Malta, Türkiyə və Azərbaycanda öldürülən və mühakimə olunan jurnalistlərin problemləri ilə məşğul olur. Sizin ölkə üçün yaxşılaşma mühakimə edilmiş jurnalistlərin və blogerlərin dərhal azadlığa buraxılması olardı. Avropa Şurası məhz buna nail olmağa çalışacaq”, -Ştefan Şennak vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi