"Bizim yol" qəzeti əməkdaşı ilə bağlı açıqlama yaydı: "Gerçək ortaya çıxacaq"

img

18-09-2013 [09:59]


"Bizim yol" qəzetinin redaksiyası qəzetin əməkdaşı Pərviz Həşimlinin həbsi ilə bağlı açıqlama yayıb.

Mia.az açıqlamanı olduğu kimi təqdim edir: 

"Dünən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən "Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzin sədri Pərviz Həşimli saxlanılıb. Jurnalist və hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib. Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılıb. Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinirlər.

"Bizim Yol” qəzetinin redaksiyası bəyan edir ki, Pərviz Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, gerçək ortaya çıxacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA